О книге «Mənim Mixaelim»
Romanda hadisələr 1950-ci illərdə - İsrail dövlətinin qurulduğu illərdə cərəyan edir. Əsər Hanna Qonenin dilindən danışılır və onun Mixaellə tanışlığından başlanır. Hanna universitet tələbəsi olduğu illərdə Mixaaellə - geologiya fakültəsinin aspirantıyla tanış olur və onlar evlənirlər. Hanna gecələr gec saatlaradək elmi işləriylə məşğul olan bu soyuq təbiətli insanla illərini paylaşır, öz karyerasını qurban verir, uşaq tərbiyə edir, xəstəliklə mübarizə aparır. Amos Oz yaşayıb-yaşamayacağı bəlli olmayan bir nikahın tarixçəsini yazır. Müstəqilliyi sual altında olan ölkənin taleyi ilə əvvəldən-axıra paralel təşkil edən süjetdə oxucu Hannanı öz müstəqilliyindən ötrü mübarizə aparan görür, zahirən məişət səviyyəsində görünən hadisələr tarixi kontekst qazanır. Büsbütün depressiyaya uğramış olan Hanna get-gedə daha səbatsız olur. Hannanın nikahı və sağlam düşüncəsi zəiflədikcə, müəllifin simvolları daha dərin mənalar qazanır və universallıq kəsb edir. Hanna faciə qəhrəmanıdır, qrotesk varlqıdır, ustalıqla yaradılmış qadın xarakteridir. O, zəhmətkeş insan olan, ailəsinə dəyər verən və öz sahəsində önəmli uğurlar qazanan ərini qiymətləndirə bilmir. Maykldan fərqli olaraq, Hanna uşaq doğduqdan sonra təhsilini yarımçıq saxlayır, davam etmək haqqında heç düşünmür də. Gününü şirin xəyallarda keçirməklə məşğul olur, özünü kraliça kimi təsəvvür edir...
- Издатель
- AudioKitab
- ISBN Литрес
- 978-5-04-891033-7
- Жанры
- Классическая проза
Ещё у автора
Амос Оз →Отзывы
Отзывов пока нет. Слушали книгу или фрагмент? Расскажите, понравилось ли.
Похожие аудиокниги
Вопросы и ответы
Кто читает аудиокнигу «Mənim Mixaelim»?
Аудиокнигу читает Vüsalə Məmmədzadə. Все книги в исполнении этого чтеца собраны на его странице.
Кто автор аудиокниги «Mənim Mixaelim»?
Автор — Амос Оз. Всего в каталоге 4 аудиокниги этого автора.
Можно ли послушать «Mənim Mixaelim» бесплатно?
Да, ознакомительный фрагмент аудиокниги «Mənim Mixaelim» можно прослушать онлайн на этой странице или скачать в MP3. Полная версия продаётся на Литрес за 239,92 ₽; действующие промокоды Литрес помогут купить дешевле.
Для какого возраста аудиокнига «Mənim Mixaelim»?
Возрастное ограничение — 0+.