Madatov adasına gediş və dönüş
Автор Aka Morçiladze
Читает Elçin Hacı
С промокодом дешевле: 3 действующих кода
О книге «Madatov adasına gediş və dönüş»
""Madatov adasına gediş və dönüş"" romanını oxuyarkən insan fərqli düşüncələrin şahidi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir. Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu. Hafonu sevmirlər, sevməmələri üçün yetərincə səbəbləri var. O, heç kimdən çəkinmir, insanlara qürurla baxır. Bütün həyatı dedi – qodularla dolu olsa da heç nəyə əhəmiyyət vermir. Bəlli bir həqiqət var ki, Hafo təkcə rəngsaz deyil, başqa işlərlə də məşğuldur və bu işlər insanlarda nifrət duyğusu yaradır. Romanda keşiş obrazı var. Belə ki, Hafonun etdiyi əxlaqsız hərəkətlərə görə insanlar keşiş Zaxariya ataya şikayət edirlər. Parmeniy ağa Zaxariya ataya söyləyir ki, Hafonun varlığı məhəlləmizin əxlaqını pozur. O , insanları pis yola çəkir. Burada təriqət parçalanmasının yaratdığı gərginlik hiss olunur. Zaxariya ata kəskin qərar verməkdə çətinlik çəkir. Çünki özü də Hafonun əməllərindən çəkinir. Keşiş Hafonu görmək üçün evinə yollanır, lakin tapa bilmir, sonra Hafo özü kilsəyə gəlir. Keşiş isə onu kilsəyə qəbul etmək ismətir. Acıqlanır ki, sənin dinin, fikirlərin məlum deyil. Əsərin bu hissəsini oxuduğum zaman Kamyunun “ Yad povestini xatırladım. Hafo ilə Zaxariya atanın dialoqu ilə Mersonun keşişlə söhbəti arasında oxşarlıq var. Hafo da Merso kimi dinə qarşı etinasız münasibət göstərir. Keşişlərələ söhbətdə onlarla məzələnirlər. Hafo keşişə deyir : - Sənə nə lazımdır ? Çörəyimi çətinliklə qazanıram, vəssalam. Zaxariya atasa öz – özünə danışır, nə zavallı adamdır, öz dinini də bilmir. Zakariya atanın müəmmalı ölümü romana olan marağımı daha çox artırdı. Araşdırma aparılsa da keşişin ölümünü təsadüfi bədbəxt hadisə adlandıraraq istintaqa son qoyuldu. Halfo general Şavişvilinin evindən qiymətli əşyaları oğurlamaqda günahkar bilinir. Onun ölümü vəziyyəti daha da çətinləşdirir. Kim idi onu öldürən, məqsədi nə idi ? İstintaq prosesi polkovnik Korqanova həvale edilir. O Korqanov ki, uzun müddət heç bir uğur qazanmayıb, yüksək nailiyyəti yoxdur. Təhmətlərlə rastlaşır. Bəs bu cinayətin istintaq prosesinin ona tapşırılmasında səbəb nədir ? Qatil tapılırmı ? Bu suallara cavab tapmaq üçün romanı dinləmək lazımdır .
- Издатель
- AudioKitab
- ISBN Литрес
- 978-5-04-891321-5
- Жанры
- Классическая проза
Отзывы
Отзывов пока нет. Слушали книгу или фрагмент? Расскажите, понравилось ли.
Похожие аудиокниги
Вопросы и ответы
Кто читает аудиокнигу «Madatov adasına gediş və dönüş»?
Аудиокнигу читает Elçin Hacı. Все книги в исполнении этого чтеца собраны на его странице.
Кто автор аудиокниги «Madatov adasına gediş və dönüş»?
Автор — Aka Morçiladze.
Можно ли послушать «Madatov adasına gediş və dönüş» бесплатно?
Да, ознакомительный фрагмент аудиокниги «Madatov adasına gediş və dönüş» можно прослушать онлайн на этой странице или скачать в MP3. Полная версия продаётся на Литрес за 119,96 ₽; действующие промокоды Литрес помогут купить дешевле.
Для какого возраста аудиокнига «Madatov adasına gediş və dönüş»?
Возрастное ограничение — 0+.