О книге «Kazanova»
"Kazanova" adlı bioqrafik hekayə Sveyqin "Öz nəğməsini oxuyanlar" kitabındakı üç hekayədən biridir. Kitabdakı digər hekayələr Stendal və Tolstoy haqqındadır. Məşhur avantürist və arvadbaz Cakomo Kazanova ilə bəşəriyyətin mənəviyyat sərhədlərini genişləndirmiş Stendal və Tolstoyu birləşdirən ümumi bir cəhət var: hər üçü özləri haqqında amansız etirafların müəllifidir. Bütün həyatını eyş-işrətə xərcləyən yaraşıqlı bir kişi olan Cakomo Kazanova yaşlandıqdan, zahiri göstəricilərini itirdikdən sonra lazımsız əşya kimi bir kənara atılır, əvvəlki şöhrətini itirməyə başlayır, qadınlar və dostları ondan üz döndərir, bir neçə ölkədən qovulur. Nəhayət öz vətəni İtaliyada bir qrafın himayəsi altında sığınacaq tapır və burada son illərini yaşayır. Yalnız ömrünün sonunda bu qeyri-adi insan elə bir iş görür ki, özü öz əli ilə adını tarixə, əbədiyyətə yazmış olur. Kazanova iradə və cəsarət nümunəsi göstərərək başına gələn bütün əhvalatları tam çılpaqlığı ilə qələmə alır. 12 cilddən ibarət "Xatirələrim" adlı kitab yazır. Özünü tarixin qaranlıqları içərisində unudulmaqdan beləcə xilas etmiş olur. Cakomo Kazanovanın həyatı neçə-neçə əsərə mövzu olub, haqqında filmlər çəkilib. Stefan Sveyqin "Kazanova"sı bu insanın xarakterini dərindən tanımaq üçün ən yaxşı qaynaq hesab olunur.
- Издатель
- AudioKitab
- ISBN Литрес
- 978-5-04-891516-5
- Жанры
- Классическая проза
Ещё у автора
Стефан Цвейг →Отзывы
Отзывов пока нет. Слушали книгу или фрагмент? Расскажите, понравилось ли.
Похожие аудиокниги
Вопросы и ответы
Кто читает аудиокнигу «Kazanova»?
Аудиокнигу читает Məmməd Əvəzoğlu. Все книги в исполнении этого чтеца собраны на его странице.
Кто автор аудиокниги «Kazanova»?
Автор — Стефан Цвейг. Всего в каталоге 47 аудиокниг этого автора.
Можно ли послушать «Kazanova» бесплатно?
Да, ознакомительный фрагмент аудиокниги «Kazanova» можно прослушать онлайн на этой странице или скачать в MP3. Полная версия продаётся на Литрес за 119,96 ₽; действующие промокоды Литрес помогут купить дешевле.
Для какого возраста аудиокнига «Kazanova»?
Возрастное ограничение — 0+.