Аудиокнига «Ədəbiyyat dərsliyi. 9-cu sinif», Коллектив авторов

Ədəbiyyat dərsliyi. 9-cu sinif

0.0 (0)
Бесплатный фрагмент
0:00 Скачать MP3
С промокодом дешевле: 3 действующих кода

О книге «Ədəbiyyat dərsliyi. 9-cu sinif»

Əziz şagirdlər! Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ətraflı məlumat öyrəndiniz. Artıq bilirsiniz ki, tarixin ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai- siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosialsiyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.
Издатель
AudioKitab
ISBN Литрес
978-5-04-891546-2
Жанры
Учебная литература, Прочая образовательная литература

Ещё у автора

Коллектив авторов →

Отзывы

Отзывов пока нет. Слушали книгу или фрагмент? Расскажите, понравилось ли.

Отзыв появится после проверки модератором. Ссылки не публикуются.

Похожие аудиокниги

Вопросы и ответы

Кто читает аудиокнигу «Ədəbiyyat dərsliyi. 9-cu sinif»?
Аудиокнигу читает Elçin Hacı. Все книги в исполнении этого чтеца собраны на его странице.
Кто автор аудиокниги «Ədəbiyyat dərsliyi. 9-cu sinif»?
Автор — Коллектив авторов. Всего в каталоге 1002 аудиокниги этого автора.
Можно ли послушать «Ədəbiyyat dərsliyi. 9-cu sinif» бесплатно?
Да, ознакомительный фрагмент аудиокниги «Ədəbiyyat dərsliyi. 9-cu sinif» можно прослушать онлайн на этой странице или скачать в MP3. Полная версия продаётся на Литрес за 240,45 ₽; действующие промокоды Литрес помогут купить дешевле.
Для какого возраста аудиокнига «Ədəbiyyat dərsliyi. 9-cu sinif»?
Возрастное ограничение — 0+.

Ещё читает Elçin Hacı

Все озвучки →

Прочая образовательная литература

Весь жанр →

Издательство «AudioKitab»

Все книги →